Cənubi Koreyada koronavirusa yoluxanların sayı 10,2 min nəfərə çatdı

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 10,2 min nəfərə çatdı Cənubi Koreyada koronavirusa daha 47 yoluxma aşkarlanıb.
Digər ölkələr
6 Aprel , 2020 07:36
Cənubi Koreyada koronavirusa yoluxanların sayı 10,2 min nəfərə çatdı

Cənubi Koreyada koronavirusa daha 47 yoluxma aşkarlanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzi bildirib.

Qeyd edilir ki, bununla da ölkədə koronavirusa yoluxma halları 10 284-ə çatıb.

Qeyd edək ki, bu, 20 fevraldan indiyədək ölkədə COVD-19 infeksiyasına gün ərzində ən az yoluxma sayıdır. Ölkədə virusun yayılmasının pik həddi həmin vaxt başlayıb.

Mərkəzin məlumatına görə, ölkədə yeni virusdan ölənlərin sayı daha 3 nəfər artıb. Bununla da Cənubi Koreyada pandemiya qurbanlarının sayı 186-ya çatıb.

Ötən gün ərzində xəstəxanalardan 135 nəfər evə buraxılıb. Cənubi Koreyada koronavirusun yayılmasının başlanğıcından bu günə kimi ümumilikdə 6 598 insan sağalıb.

Son xəbərlər

Orphus sistemi