Cənubi Koreyada daha 115 nəfərə koronavirus diaqnozu qoyulub.
“Report” “The Korea Herald”a istinadən xəbər verir ki, bununla da ölkədə koronavirus infeksiyasına yoluxanların sayı 1 261-ə çatıb.
Məlumata görə, Cənubi Koreyada koronavirusdan ölənlərin ümumi sayı 12-dir.
Xatırladaq ki, Çində koronavirus qurbanlarının sayı 2 715 nəfərə çatıb.
Dünyada koronavirus daşıyıcılarının sayı isə 81 133 nəfərdir.
Epidemiyadan ölənlərin sayı isə 2 765-ə çatıb.