Cənubi Koreyada koronavirus xəstələrinin sayı 10,5 min nəfəri ötdü

Cənubi Koreyada koronavirus xəstələrinin sayı 10,5 min nəfəri ötdü Cənubi Koreyada bir gün ərzində koronavirusa 27 yoluxma qeydə alınıb.
Digər ölkələr
14 Aprel , 2020 06:18
Cənubi Koreyada koronavirus xəstələrinin sayı 10,5 min nəfəri ötdü

Cənubi Koreyada bir gün ərzində koronavirusa 27 yoluxma qeydə alınıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəz bildirib.

Qeyd edilir ki, ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 10 564 nəfərə çatıb, 87 nəfər sağalıb, 222 COVID-19 xəstəsi ölüb. 

Cənubi Koreya epidemiologiya təhlükəsini ən yüksək səviyyəyə qaldırıb. Tequ və Kyonsan-Pukto əyalətinin üç şəhəri xüsusi fəlakət zonası elan edilib. Aprelin 19-dək sakinlərə ehtiyac olmadıqda öz evlərini tərk etməməyi, idman, əyləncə və dini müəssisələri bağlamağı xahiş ediblər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi