Cənubi Koreyada hərbi vertolyot qəzaya uğrayıb, üç nəfər ölüb

Cənubi Koreyada hərbi vertolyot qəzaya uğrayıb, üç nəfər ölüb UH-1H vertolyotu sınaq uçuşu zamanı yaşayış sahəsinə yaxın bir yerə düşüb
Digər ölkələr
174
15 Fevral , 2016 10:52
Cənubi Koreyada hərbi vertolyot qəzaya uğrayıb, üç nəfər ölüb

Bakı. 15 fevral. REPORT.AZ/ Cənubi Koreyanın cənub-şərq hissəsində yerləşən Kanvanda əyalətində hərbi vertolyot qəzaya uğrayıb. "Report" TASS-a istinadən xəbər verir ki, qəza nəticəsində üç nəfər ölüb, bir nəfər isə ağır yaralıdır.

"Kyodo" agentliyinin məlumatına görə, UH-1H vertolyotu sınaq uçuşu zamanı yaşayış sahəsinə yaxın bir yerə düşüb. Vertolyotun göyərtəsində olan 4 ekipaj üzvünün hamısı dərhal xəstəxanaya çatdırılsa da, onlardan üçünün həyatını xilas etmək mümkün olmayıb. 50 yaşlı pilot isə vəziyyətinin ağır olmasına baxmayaraq, huşu yerindədir.

Hadisə ilə bağlı hərbi istintaq başlayıb.

Son xəbərlər

Orphus sistemi