​Cənubi Koreyada hərbi bazada partlayış olub: bir zabit ölüb, ikisi yaralanıb

​Cənubi Koreyada hərbi bazada partlayış olub: bir zabit ölüb, ikisi yaralanıb Partlayış sualtı qayıqların təmir edildiyi yerdə olub
Digər ölkələr
16 Avqust , 2016 10:24
​Cənubi Koreyada hərbi bazada partlayış olub: bir zabit ölüb, ikisi yaralanıb

Bakı. 16 avqust. REPORT.AZ/ Cənubi Koreyada hərbi dəniz donanmasının bazasında baş verən partlayış nəticəsində bir nəfər ölüb, 2 nəfər yaralanıb, bir nəfər isə itkin düşüb.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə ölkənin cənubunda yerləşən Kyonsan-Namdo əyalətinin Çxanvon şəhərinin ərazisində qeydə alınıb.

Partlayış sualtı qayıqların təmir edildiyi yerdə olub.

Xəsarət alanlardan birinin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı ehtimal edilir.

Məlumata görə, partlayışın dalğası fəhlələrdən birini dənizə vurub atdığından onun axtarışı aparılır. Ölən və xəsarət alanların zabit olduğu da bildirilib.

Partlayış təmir qurğusunun sınağı zamanı baş verib.

Hadisə ilə bağlı istintaq başlayıb.

Son xəbərlər

Orphus sistemi