Cənubi Koreyada hərbi bazada partlayış olub, 20-dən çox əsgər yaralanıb

Cənubi Koreyada hərbi bazada partlayış olub, 20-dən çox əsgər yaralanıb Xəsarət alanların çoxu yanıq yarası ilə xəstəxanaya yerləşdirilib
Digər ölkələr
745
13 Dekabr , 2016 10:31
Cənubi Koreyada hərbi bazada partlayış olub, 20-dən çox əsgər yaralanıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Cənubi Koreyanın Ulsan şəhərində yerləşən hərbi bazadakı partlayış nəticəsində 20-dən çox əsgər yaralanıb.

“Report” “Ryonxap”a istinadən xəbər verir ki, partlayış ölkə paytaxtı Seuldan 410 km cənub-şərqdə baş verib.

Xəsarət alanların çoxu yanıq yarası ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə zamanı heç bir hərbi təlim keçirilməyib. 

Müdafiə Nazirliyi hadisə ilə bağlı hələlik heç bir məlumat yaymayıb. 

Hadisənin səbəbi hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi