Cənubi Koreyada güclü yanğın zamanı onlarla insan xəsarət alıb

Cənubi Koreyada güclü yanğın zamanı onlarla insan xəsarət alıb Cənubi Koreyanın Ulsan şəhərində cümə gününə keçcən gecə çoxmərtəbəli binada güclü yanğın olub.
Digər ölkələr
9 Oktyabr , 2020 03:27
Cənubi Koreyada güclü yanğın zamanı onlarla insan xəsarət alıb

Cənubi Koreyanın Ulsan şəhərində cümə gününə keçən gecə çoxmərtəbəli binada güclü yanğın olub.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi bildirib.

Agentliyin məlumatına görə, hadisə zamanı azı 88 nəfər müxtəlif xəsarətlər alıb.

Qeyd edilir ki, hadisə yerli vaxtla saat 23:00-da (Bakı vaxtı ilə saat 18:00-da) olub. Zərərçəkənlər yüngül xəsarətlər və tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanalara çatdırılıblar.

Təxliyə edilmiş bəzi sakinlər müvəqqəti olaraq mehmanxanaya yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi