Cənubi Koreyada fitnes-mərkəzdəki yanğında ölənlərin sayı 29 nəfərə çatıb - YENİLƏNİB

Cənubi Koreyada fitnes-mərkəzdəki yanğında ölənlərin sayı 29 nəfərə çatıb - YENİLƏNİB Bakı. 21 dekabr. REPORT.AZ/ Cənubi Koreyada fitnes-mərkəzdə baş verən yanğın nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.  
Digər ölkələr
21 Dekabr , 2017 19:57
Cənubi Koreyada fitnes-mərkəzdəki yanğında ölənlərin sayı 29 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 21 dekabr. REPORT.AZ/ Cənubi Koreyada fitnes-mərkəzdə baş verən yanğın nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.  

"Report" "ABS News"a istinadən xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıblar. 


*** 15:46

Cənubi Koreyanın Çeçxon şəhərində fitnes-mərkəzdə baş verən yanğın nəticəsində azı 16 nəfər ölüb, 18-dən çox adam xəsarət alıb.

"Report" "Sinhua" agentliyinə istinadən xəbər verir ki, yanğın zamanı xəsarət alanların hamısı səkkizmərtəbəli mərkəzin ikinci mərtəbədəki ictimai saunasında olublar.

Yanğına mərkəzin yeraltı dayanacağında avtomobilin yanması səbəb olub.

Hadisə yerinə 50 yanğınsöndürmə maşını və iki vertolyot cəlb olunub. Hazırda yanğınla 60 yanğınsöndürən mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi