Cənubi Koreyada pandemiya ilə bağlı vəziyyət stabilləşməyə doğru gedir.
“Report” xəbər verir ki, son 24 saat ərzində xəstəxanalarda müalicə alan 90 nəfər koronavirusdan sağalıb. Bununla da 8 854 nəfərin bədənində koronavirus məhv edilib.
Lakin, ölkədə 14 yeni yoluxma (ümumilikdə 10 751) qeydə alınıb, 244 xəstə pandemiyanın qurbanı olub.