Cənubi Koreyada birjadan 32 milyon dollar oğurlanıb

Cənubi Koreyada birjadan 32 milyon dollar oğurlanıb Bu, son iki həftə ərzində ikinci belə kiberhücumdur
Digər ölkələr
20 İyun , 2018 06:15
Cənubi Koreyada birjadan 32 milyon dollar oğurlanıb

Bakı. 20 iyun. REPORT.AZ/ Cənubi Koreyanın iri kriptovalyuta birjalarından biri olan "Bithumb"a xaker hücumu olub.

"Report" "Ryonxap"a istinadən xəbər verir ki, hadisə iyunun 20-nə keçən gecə baş verib.

Xakerlər 31,5 milyon dollar kriptovalyuta oğurlamağa müvəffəq olublar.

Bu, son iki həftə ərzində ikinci belə xaker hücumudur. Bundan əvvəl "Coinrail" birjası xaker hücumuna məruz qalmışdı.

Son xəbərlər

Orphus sistemi