Cənubi Koreyada bina uçub, ölənlər var

Cənubi Koreyada bina uçub, ölənlər var Cənubi Koreyanın cənubundakı Qvanqcu şəhərində bir bina uçması nəticəısində azı 9 nəfəır ölüb, 8 nəfər də ciddi xəsarət alıb.
Digər ölkələr
9 İyun , 2021 18:27
Cənubi Koreyada bina uçub, ölənlər var

Cənubi Koreyanın cənubundakı Qvanqcu şəhərində bir binanın uçması nəticəsində azı 9 nəfər ölüb, 8 nəfər isə ciddi xəsarət alıb.

“Report” “Yonhap”-a istinadən xəbər verir ki, beşmərtəbəli bina söküntü işləri zamanı yaxınlıqdakı dayanacaqda dayanmış avtobusun üstünə uçub. Ölən və xəsarət alanların hamısı həmin avtobusun sərnişinləridir.

Hadisə yerinə gələn yanğınsöndürmə xidməti avtobusda 12 nəfər olduğunu, lakin xilasetmə əməliyyatı zamanı içəridə daha çox insanın çıxılmaz vəziyyətdə qaldığını bildirib. Dağıntılar altında kiminsə qalıb-qalmadığını müəyyənləşdirmək üçün işlər görülür.

Hadisənin səbəbi məlum deyil.

Son xəbərlər

Orphus sistemi