Yuxarı

​Cənubi Koreyada 40 minlik etiraz aksiyası keçirilib

Onlar Çinlə azad ticarət razılaşmasına, hökumətin orta və ali təhsil müəssisələri üçün birgə ortaq tarix kitabı hazırlanmasına etiraz ediblər

Bakı. 5 dekabr. REPORT.AZ/ Cənubi Koreyanın paytaxtı Seulda 40 minə yaxın ölkə vətəndaşı prezident Pak Kın Henin istefası tələbi ilə aksiya keçirib.

"Report" xəbər verir ki, bu haqda yerli "yonhapnews" agentliyi məlumat yayıb.

Məlumata görə, aksiyaya Cənubi Koreya Həmkarlar Konfederasiyası, Fermerlər Federasiyası Assosiasiyası və başqa ictimai təşkilatların üzvləri qatılıb. Onların təhlükəsizliyini hüquq-mühafizə orqanlarının 15 min əməkdaşı təşkil edib.

Aksiyanın keçirilməsinə səbəb Çinlə azad ticarət razılaşması, hökumətin orta və ali təhsil müəssisələri üçün birgə ortaq tarix kitabı hazırlanması planıdır.

Fermerlər çinlilərlə rəqabətə davamlı məhsul istehsal etmək üçün güzəşt və kompensasiyanın ödənilməsini tələb ediblər.

Bu, son günlərdə hökumətə qarşı keçirilən ikinci etiraz aksiyasıdır. Birinci etiraz yürüşü noyabrın 14-də olub. Həmin aksiyada 60 min nəfərin iştirak etdiyi bildirilmişdi. Həmin vaxt polislə etirazçılar arasında qarşıdurma da baş vermişdi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi