Cənubi Koreya Yaponiyanın iki diplomatını deportasiya edib

Cənubi Koreya Yaponiyanın iki diplomatını deportasiya edib Cənubi Koreya Yaponiyanın iki diplomatını deportasiya edib.
Digər ölkələr
16 İyul , 2019 10:20
Cənubi Koreya Yaponiyanın iki diplomatını deportasiya edib

Cənubi Koreya Yaponiyanın iki diplomatını deportasiya edib.

“Report” Cənubi Koreya KİV-inə istinadən xəbər verir ki, Yaponiya diplomatlarından biri rəsmi olaraq “arzuedilməz şəxs” (“persona-non-qrata”) elan olunub.

Rəsmi Seul qonşu dövlətin diplomatlarını casusluqda ittiham edib.

Xatırladaq ki, Cənubi Koreya 1910-1945-ci illərdə Yaponiyanın Koreya yarımadasını işğal etdiyi zaman yapon şirkətlərinin koreyalıları zorla işlətdiyini bildirir. İndi rəsmi Seul həmin insanların varislərinə kompensasiyanın ödənilməsinin istəyir.

Qeyd edək ki, Yaponiya hökuməti iyulun 4-də Cənubi Koreyaya məişət cihazlarında istifadə olunan florlaşdırılmış poliimid, hidrogen-florid tədarükünün məhdudlaşdırılması haqqında qərar qəbul edib.  

Son xəbərlər

Orphus sistemi