Cənubi Koreya və ABŞ KXDR-ə qarşı sanksiyaları daha da gücləndirəcək

Cənubi Koreya və ABŞ KXDR-ə qarşı sanksiyaları daha da gücləndirəcək İki ölkə lideri arasında bu barədə razılıq əldə olunub
Digər ölkələr
17 Sentyabr , 2017 11:09
Cənubi Koreya və ABŞ KXDR-ə qarşı sanksiyaları daha da gücləndirəcək

Bakı. 17 sentyabr. REPORT.AZ/ Cənubi Koreya və ABŞ prezidentləri Mun Çje İna və Donald Tramp arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, tərəflər söhbət zamanı Şimali Koreyaya qarşı sanksiyaların gücləndirilməsi barədə razılığa gəliblər.

Onlar bu qərarı KXDR-in raket və nüvə sınaqlarını davam etdirməsi ilə əlaqədar qəbul ediblər.

Liderlər həmçinin əməkdaşlığı möhkəmləndirmək və Pxenyana qarşı daha güclü və sərt sanksiyalar tətbiq etməyi razılaşdırıblar.

Son xəbərlər

Orphus sistemi