Cənubi Koreya Şimaldan gələn təhdidlərə cavab olaraq raket sınağı keçirib

Cənubi Koreya Şimaldan gələn təhdidlərə cavab olaraq raket sınağı keçirib Cənubi Koreya öz ballistik raket arsenalını genişləndirib
Digər ölkələr
3 İyun , 2015 21:19
Cənubi Koreya Şimaldan gələn təhdidlərə cavab olaraq raket sınağı keçirib

Bakı. 3 İyun. REPORT.AZ/ Cənubi Koreya rəsmiləri onların sözlərinə görə, Pxenyanın son təhriklərinə cavab olaraq, Şimali Koreyada hər hansı hədəfi vura biləcək raketin sınaqdan keçirildiyini bildiriblər. "Report"un Amerikanın Səsinə istinadən xəbər verir ki, prezident Park Qeun-hye şəxsən ölkənin cənub hissəsində keçirilən raket sınağında iştirak edib.

Cənubi Koreya Şimali Koreyada artan nüvə və raket proqramlarına cavab olaraq öz ballistik raket arsenalını genişləndirib.

Şimali Koreya bu yaxınlarda sualtı ballistik raket və uzun mənzilli ballistik raketlərə qarşı texnologiyanı müvəffəqiyyətlə sınaqdan keçirdiyini bildirib.

Bir çox xarici və yerli təhlilçilər bu iddiaların şişirdilməsinə baxmayaraq, Pxenyanın hər iki sahədə mühim inkişaf əldə etdiyini bildirir.

Son xəbərlər

Orphus sistemi