Cənubi Koreya sabiq prezidentinin rəfiqəsi 3 il müddətinə həbs edilib

Cənubi Koreya sabiq prezidentinin rəfiqəsi 3 il müddətinə həbs edilib O, universitetə qanunsuz təzyiq göstərməkdə müqəssir bilinib
Digər ölkələr
23 İyun , 2017 07:13
Cənubi Koreya sabiq prezidentinin rəfiqəsi 3 il müddətinə həbs edilib
EPA

Bakı. 23 iyun. REPORT.AZ/ Cənubi Koreyanın sabiq prezidenti Pak Kın Xenin rəfiqəsi 3 il müddətinə azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, bu barədə "Renxap" agentliyi məlumat yayıb.

O, qızının təhsil aldığı universitetə qanunsuz olaraq təzyiq göstərməkdə müqəssir bilinib.

Çxve Sun Sil ötən ilin 31 oktyabrında dələduzluq ittihamı ilə əlaqədar saxlanılıb.

Pak Kın Xenin özü barəsində isə 2016-cı ilin dekabrında impiçment qərarı çıxarılıb. Martın 31-dən isə keçmiş prezident istintaq təcridxanasındadır. O, korrupsiya, fırıldaqçılıq və dövlət sirrinin yayılmasında ittiham olunur.

Son xəbərlər

Orphus sistemi