Cənubi Koreya Rusiyadan uran nüvə yanacağının alışını azaltmağı planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə Yonhap agentliyi nüvə sənayesindəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Cənubi Koreyanın Rusiya uran yanacağından asılılığı getdikcə daha da ağırlaşır. Bu səbəbdən Seul Rusiya yanacağının alışını azaltmağı planlaşdırır.
Qeyd edək ki, 2019-2023-cü illərdə Koreyanın KHNP şirkəti nüvə elektrik stansiyalarının istismarı üçün xaricdən 1947 ton zənginləşdirilmiş uran alıb. Bunların 34%-ə yaxını Rusiyanın payına düşür.