Cənubi Koreya Prokurorluğu keçmiş prezidentin həbsini istəyir

Cənubi Koreya Prokurorluğu keçmiş prezidentin həbsini istəyir Prokurorluq bildirib ki, Pak Kın Xe dövlət işləri haqda vacib sirlərin sızmasında da nöqsana yol verib
Digər ölkələr
27 Mart , 2017 10:10
Cənubi Koreya Prokurorluğu keçmiş prezidentin həbsini istəyir
Courtesy İmage

Bakı. 27 mart. REPORT.AZ/ Cənubi Koreya Baş Prokurorluğu ölkənin keçmiş prezidenti Pak Kın Xenin həbs olunacağını açıqlayıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu haqda Cənubi Koreya Baş Prokurorluğu məlumat yayıb.

“Prezident vəzifəsindən və hakimiyyət səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq, şirkətdən rüşvət almaqla onların sərbəst idarəetmə hüquqularına ziyan vurub”, - deyə prokurorluğun bəyantında vurğulanıb.

Prokurorluq bildirib ki, Pak Kın Xe dövlət işləri haqqında vacib sirlərin sızmasında da nöqsana yol verib.

Dövlət ittihamçısı keçmiş prezidentin həbs olunması ilə bağlı çoxsaylı dəlil-sübut topladığını bildirsə də, Pak Kın Xe onları təkzib edib.

Yaponiya KİV-i sabiq dövlət başçısı barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda xəbər yaysa da, Cənubi Koreya məhkəməsi məsələyə şərh verməyib.

Qeyd edək ki, Cənubi Koreyanın sabiq prezidenti Pak Kın Xenin martın 21-də dindirilib. Ölkə prokurorluğu onu 13 korrupsiya işində şübhəli bilir.

Xatırladaq ki, bir müddət əvvəl Cənubi Koreya prezidenti Pak Kın Xenin keçmiş müşaviri An Çan Pom tutulub. Onun adı sabiq dövlət başçısının rəfiqəsi ilə bağlı rüşvət qalmaqalında hallanırdı. Rəfiqəsi Çxve Sun Sil sabiq prezidentin qərarına təsir etmək üçün rüşvət almaqda şübhəli bilinir. Prokuror hesab edir ki, An Çon Pom vəzifə səlahiyyətlərini aşaraq iş adamlarını müxtəlif qeyri-hökumət təşkilatlarına ianə verməyə məcbur edib. Prokuror bildirib ki, onlar Cənubi Koreyanın 50-dən çox şirkətini on milyonlarla dollar məbləğində ianə köçürməyə məcbur ediblər. Keçmiş prezident Pak Kın Xenin də adı korrupsiya qalmaqalında hallandığından ona ötən il dekabrın 9-da impiçmenti elan edilib. Bu il martın 10-da isə Konstitusiya Məhkəməsi sabiq prezidentə impiçmentin təsdiqlənməsi haqqında qərar qəbul edib. Hazırda dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq baş nazir yerinə yetirir.

Cənubi Koreyada növbədənkənar prezident seçkisinin mayın 9-da keçiriləcəyi gözlənilir. Sonuncu rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 78 faizi Pak Kın Xenin prezidentliyinin vaxtından qabaq başa çatmasını dəstəkləyir. Hazırda ölkədə 5 nəfər ölkə prezidenti vəzifəsi uğrunda mübarizə aparacağını açıqlayıb. Onların arasında ən şanslısı müxalifətdə olan “Taburo” Demokrat Partiyasının lideri Mun Çje İn sayılır.

Son xəbərlər

Orphus sistemi