Cənubi Koreya prezidenti Kim Çen Inla görüşə hazır olduğunu bildirib

Cənubi Koreya prezidenti Kim Çen Inla görüşə hazır olduğunu bildirib Bakı. 10 yanvar. REPORT.AZ/ Cənubi Koreya prezidenti Mun Çje İn bildirib ki, o, KXDR lideri Kim Çen Inla görüşə hazırdır.
Digər ölkələr
10 Yanvar , 2018 06:26
Cənubi Koreya prezidenti Kim Çen Inla görüşə hazır olduğunu bildirib

Bakı. 10 yanvar. REPORT.AZ/ Cənubi Koreya prezidenti Mun Çje İn bildirib ki, o, KXDR lideri Kim Çen Inla görüşə hazırdır.

"Report"un məlumatına görə, bu barədə "Renxap" agentliyi xəbər verib.

Xəbərə görə, Cənubi Koreya prezidenti bu barədə özünün illik mətbuat konfransında bildirib. Mun Çje İn yalnız müəyyən şərtlərlə görüşə hazır olduğunu deyib.

Qeyd edək ki, Mun Çje İn ötən ilin yayında da Berlində çıxışı zamanı bildirib ki, Şimali Koreya lideri Kim Çen Inla əlaqə vacibdir. Və görüş yüksək səviyyədə, Kim Çen In gərginliyin və ziddiyyətin qaldırılmasına qulaq asacağı təqdirdə keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi