Cənubi Koreya prezidenti ilə Şimali Koreya lideri apreldə görüşəcək

Cənubi Koreya prezidenti ilə Şimali Koreya lideri apreldə görüşəcək İki ölkənin liderləri arasında telefon danışığı olub və onlar görüşmək barədə razılığa gəliblər
Digər ölkələr
6 Mart , 2018 15:46
Cənubi Koreya prezidenti ilə Şimali Koreya lideri apreldə görüşəcək

Bakı. 6 mart. REPORT.AZ/ Koreya Respublikasının prezidenti Mun Çje İn ilə Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In aprelin sonunda görüşəcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın Prezident Administrasiyasından bildiriblər. 

Məlumata görə, iki ölkənin liderləri arasında telefon danışığı olub və onlar görüşmək barədə razılığa gəliblər. Mun Çje İn və Kim Çen In arasında danışıqları davam etdirməklə bağlı razılıq da əldə olunub. 

Cənubi Koreyanın nümayəndə heyəti bu həftə ABŞ səfər edəcək və Şimali Koreya ilə aparılan danışıqlar barədə Ağ Evi məlumatlandıracaq.

Qeyd edək ki, fevralda Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Cənubi Koreyanın prezidenti Mun Çje İni Şimali Koreyaya dəvət edib. Cənubi Koreya prezidentinə “qısa zamanda” dəvətlə bağlı məktubu KXDR liderinin bacısı Kim Ye Çjon təqdim edib.

Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarının açılış mərasimində Şimali Koreyanın da nümayəndə heyəti qatılıb. Onların arasında Koreya Əmək Partiyası Siyasi Bürosunun üzvü, Kim Çen Inın 26 yaşlı bacısı da olub. Fevralın 9-da Şimali Koreyadan olan nümayəndə Cənubi Koreyanın prezident sarayında olub, Mun Çje İn onların şərəfinə ziyafət verib.

Son xəbərlər

Orphus sistemi