Cənubi Koreya rəhbəri prezidentlik müddətinin iki dəfə olmasını təklif edib

Cənubi Koreya rəhbəri prezidentlik müddətinin iki dəfə olmasını təklif edib Pak Kın-Xe konstitusiya islahatı məsələsinin öyrənilməsi üçün hökumət komitəsi yaradacaq
Digər ölkələr
24 Oktyabr , 2016 11:08
Cənubi Koreya rəhbəri prezidentlik müddətinin iki dəfə olmasını təklif edib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Cənubi Koreya prezidenti Pak Kın-Xe konstitusiya islahatının aparılmasını təklif edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu islahat iki müddət  dalbadal prezident postunda qalmağa imkan verəcək. 

Cənubi Koreya prezidentinin sözlərinə görə, prezident səlahiyyətlərini bir müddətlə məhdudlaşdıran konstitusiya demokratiyaya keçid dövründə yararlı idi, lakin indi köhnəlib. 

Konkret tədbirlər haqqında danışan dövlət başçısı bildirib ki, konstitusiya islahatı məsələsinin öyrənilməsi üçün hökumət komitəsi yaradacaq. Prezidentin nümayəndəsi təşəbbüsü şərh edərkən vurğulayıb ki, islahat keçiriləcək olsa da, Pak Kın-Xe özü bundan yararlana bilməyəcək.

Son xəbərlər

Orphus sistemi