Cənubi Koreya prezidenti BMT-dən KXDR-dəki nüvə poliqonunun bağlanmasını nəzarətdə saxlamağı xahiş edib

Cənubi Koreya prezidenti BMT-dən KXDR-dəki nüvə poliqonunun bağlanmasını nəzarətdə saxlamağı xahiş edib Mun Çje İn BMT baş katibini həmçinin Koreya sammitində əldə olunan razılaşmaları dəstəkləməyə çağırıb
Digər ölkələr
1 May , 2018 11:37
Cənubi Koreya prezidenti BMT-dən KXDR-dəki nüvə poliqonunun bağlanmasını nəzarətdə saxlamağı xahiş edib
AP

Bakı. 1 may. REPORT.AZ/ Cənubi Koreya Prezidenti Mun Çje İn BMT-nin Baş katibi Antoniu Quterrişə müraciət edərək ondan KXDR-in nüvə poliqonunun bağlanılmasını nəzarətdə saxlamağə xahiş edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Cənubi Koreya prezidenti BMT baş katibini həmçinin Koreya sammitində əldə olunan razılaşmaları dəstəkləməyə çağırıb.

"BMT-nin Baş Assambleya və ya Təhlükəsizlik Şurası vasitəsilə Phanmuncom Bəyannaməsini dəstəkləyən bəyanatla çıxış etməsini istərdim", - Mun Çje İn bildirib.

Öz növbəsində, A.Quterriş Koreya yarımadasında sülhün bərqərar olacağına ümid etdiyindən bu məsələdə əməkdaşlığa hazır olduqlarının vurğulayıb.

Son xəbərlər

Orphus sistemi