Yuxarı
    Bağlamaq

    Cənubi Koreya parlamenti Pan Gi Muna prezidentliyə namizəd olmağa icazə verib

    Araşdırma Xidmətinin rəyinə əsasən, keçmiş baş katibin rəqibləri bu arqumentdən onun əleyhinə istifadə etməyə çalışırlar

    Bakı. 30 yanvar. REPORT.AZ/ Cənubi Koreya parlamentinin Ekspert Qrupu BMT-nin keçmiş baş katibi Pan Gi Munun ölkə prezidentliyinə namizəd olmasına icazə verib. 

    “Report” “RİA Novosti”yə istinadən bildirir ki, BMT-nin qətnamələrindən biri keçmiş baş katiblərə ali dövlət vəzifəsi tutmağı qadağan edir.

    İnformasiyaya əsasən, ölkə parlamentinin Araşdırma Xidməti BMT Baş Assambleysının məsələyə dair qətnaməsini tədqiq edib. Xidmətin rəyinə əsasən, Pan Gi Munun rəqibləri bu arqumentdən keçmiş baş katibin namizdəliyini irəli sürməməsi üçün yararlanmağa çalışır.

    Araşdırma Xidməti vurğulayıb ki, həmin qətnamədə BMT-nin baş katibinə yüksək dövlət vəzifəsi tutmamaq məsləhət görülür, amma qəti hökm formasında hər hansı qadağa qoyulmur.

    Qeyd edək ki, Pan Gi Mun Cənubi Koreyada keçiriləcək prezident seçkisində namizədliyini irəli sürəcəyini bildirib. O, ölkəsinin bölünmüş cəmiyyətini toparlamaq və yenidən cənubi koreyalıları birinci dərəcəli millət etmək istədiyini vurğulayıb.

    Cənubi Koreyada növbədənkənar prezident seçkisinin keçiriləcəyi gözlənilir. Prezident Pak Kın Xenin adı korrupsiya qalmaqalında hallandığından ona ötən il dekabrın 9-da impiçmenti elan edilib. Dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq baş nazir yerinə yetirir.

    Bir müddət əvvəl Cənubi Koreya prezidentinin keçmiş müşaviri An Çan Pom tutulub. Onun adı prezidentin rəfiqəsi ilə bağlı rüşvət qalmaqalında hallanırdı. Rəfiqəsi Çxve Sun Sil prezidentin qərarına təsir etmək üçün rüşvət almaqda şübhəli bilinir. Prokuror hesab edir ki, An Çon Pom vəzifə səlahiyyətlərini aşaraq, iş adamlarını müxtəlif qeyri-hökumət təşkilatlarına ianə verməyə məcbur edib. Prokuror bildirib ki, onlar Cənubi Koreyanın 50-dən çox şirkətini on milyonlarla dollar məbləğində ianə köçürməyə məcbur ediblər.

    Xatırladaq ki, bu il yanvarın 1-dən Pan Gi Munu BMT-nin baş katibi postunda Antoniu Quterreş əvəzləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi