Cənubi Koreya Milli Təhlükəsizlik Şurasının fövqəladə toplantısı keçirilib

Cənubi Koreya Milli Təhlükəsizlik Şurasının fövqəladə toplantısı keçirilib Koreya Respublikası Koreya Xalq Demokratik Respublikası tərəfindən Sarı dəniz istiqamətində atəş açılmasına görə Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirib.
Digər ölkələr
20 Mart , 2022 10:27
Cənubi Koreya Milli Təhlükəsizlik Şurasının fövqəladə toplantısı keçirilib

Koreya Respublikası Koreya Xalq Demokratik Respublikası tərəfindən Sarı dəniz istiqamətində atəş açılmasına görə Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirib.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Cənubi Koreyanın “Yonhap” agentliyi yayıb.

Bildirilib ki, Şimali Koreya Pxyonan-Namdo əyalətindən Sarı dəniz istiqamətinə 4 mərmi atıb. Cənubi Koreya hərbçiləri etimal edir ki, mərmilər çoxsaylı buraxılış raket sistemindən atılıb.

“Biz döyüş hazırlığı vəziyyətimizi saxlayır və vəziyyəti diqqətlə izləyirik”, - Cənubi Koreyanın Müdafiə Nazirliyindən deyiblər.

Bildirilib ki, şuranın toplatısı 30 dəqiqə sürüb. Toplantı iştirakçıları məsələni ABŞ-la əməkdaşlıq əsasında təhlil etmək barədə qərar qəbul ediblər.

Son xəbərlər

Orphus sistemi