Cənubi Koreya koronavirusun bitdiyini elan edib

Cənubi Koreya koronavirusun bitdiyini elan edib Artıq 23 gündür ki, epidemiyaya yoluxma halları qeydə alınmayıb
Digər ölkələr
31 İyul , 2015 00:51
Cənubi Koreya koronavirusun bitdiyini elan edib

Bakı. 31 iyul. REPORT.AZ/ Cənubi Koreyanın baş naziri Hvan Göan rəsmi olaraq ən azı 36 nəfərin həyatına son qoyan Yaxın Şərq respirator sindromu olan koronavirusun bitdiyini bəyan edib.

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

Hvan Göanın sözlərinə görə, artıq 23 gündür ki, epidemiyaya yoluxma halları qeydə alınmayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) H.Göanın bəyanatını təsdiq etməyib, çünki bu cür mülahizələr üçün əz azı 28 gün ərzində bir fakt belə qeyd olunmamalıdır. Son dəfə koronavirusa yoluxma faktı rəsmi olaraq iyulun 4-də qeydə alınsa da, iyulun 6-da Filippin hökuməti daha 2 yoluxma faktını təsdiq etməli olub.  

Son xəbərlər

Orphus sistemi