Cənubi Koreya koronavirusla mübarizəyə vəsait ayırır

Cənubi Koreya koronavirusla mübarizəyə vəsait ayırır Cənubi Koreya hökuməti yeni koronavirusun yayılmasına qarşı, habelə bu xəstəliyin iqtisadi fəsadlarını minimuma endirmək üçün özəl sahibkarlara və vətəndaşlara yardım tədbirlərinə 11,7 trilyon von, yəni 9,91 milyard ABŞ dollarına bərabər vəsait ayırmaq qərarına gəlib.
Digər ölkələr
4 mart 2020 08:54
Cənubi Koreya koronavirusla mübarizəyə vəsait ayırır
France 24

Cənubi Koreya hökuməti yeni koronavirusun yayılmasına qarşı, habelə bu xəstəliyin iqtisadi fəsadlarını minimuma endirmək üçün özəl sahibkarlara və vətəndaşlara yardım tədbirlərinə 11,7 trilyon von, yəni 9,91 milyard ABŞ dollarına bərabər vəsait ayırmaq qərarına gəlib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, İqtisadiyyat və Maliyyə Nazirliyinin verdiyi məlumata görə, həmin vəsaitin 2,3 trilyon vonu (1,91 milyard ABŞ dolları) tibbi avadanlıq və xəstəxana çarpayılarının alınmasına, müalicə imkanlarının artırılmasına xərclənəcək.

Həmin plan təsdiqlənməsi üçün martın 5-də parlamentə təqdim olunacaq.

Ötən 24 saat ərzində ölkədə koronavirusa yoluxanların sayı 516 nəfər artaraq martın 4-ü səhərə olan vəziyyətə görə, 5 328-ə çatıb. Ölənlərin sayı 33 nəfərdir, bunların çoxu yaşlılardır. Cənubi Koreya yoluxanların sayına görə hazırda ikinci yerdədir. Hərçənd yoluxmaların 75 faizinin ölkənin cənub-şərqindəki Daequ şəhərinin payına düşdüyü bildirilir.

Son xəbərlər

Orphus sistemi