Cənubi Koreya BMT-dən KXDR-lə müharibəni qurtarmaq üçün kömək istəyib

Cənubi Koreya BMT-dən KXDR-lə müharibəni qurtarmaq üçün kömək istəyib Cənubi Koreya prezidenti Mun Çje İn BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində videomüraciətində təşkilatdan Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə müharibənin dayandırılması haqqında bəyannamənin imzalanmasına kömək etməyi xahiş edib.
Digər ölkələr
333
23 Sentyabr , 2020 08:05
Cənubi Koreya BMT-dən KXDR-lə müharibəni qurtarmaq üçün kömək istəyib
Mun Çje İn

Cənubi Koreya prezidenti Mun Çje İn BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində videomüraciətində təşkilatdan Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə müharibənin dayandırılması haqqında bəyannamənin imzalanmasına kömək etməyi xahiş edib.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi bildirib.

Mun Çje İnin sözlərinə görə, Koreya yarımadasında "yubanmış faciə"ni aradan qaldırmağın vaxtı gəlib. Cənubi Koreya lideri vurğulayıb ki, bu müharibə "tamamilə və həmişəlik" bitməlidir.

"Ümid edirəm ki, BMT və beynəlxalq ictimaiyyət müharibənin sonu haqqında bəyannamənin köməyi ilə bizim barışıq və çiçəklənmə dövrünə addım atmağımıza dəstək verəcək", - Mun Çje İn deyib.

O, həmçinin hesab edir ki, bu bəyannamə "tam nüvəsizləşməyə və Koreya yarımadasında daimi sülhün qurulmasına yol açacaq".

Qeyd edək ki, Koreya müharibəsi 1950-ci ilin 25 iyunundan 1953-cü ilin 27 iyuluna qədər davam edib. Müharibənin başa çatması rəsmən elan edilməyib.

Son xəbərlər

Orphus sistemi