Cənubi Koreya Birləşmiş Qərargahı: Şimali Koreya 2 raket atıb

Cənubi Koreya Birləşmiş Qərargahı: Şimali Koreya 2 raket atıb Şimali Koreya Yapon dənizi istiqamətində iki raket atıb.
Digər ölkələr
31 Oktyabr , 2019 13:29
Cənubi Koreya Birləşmiş Qərargahı: Şimali Koreya 2 raket atıb

Şimali Koreya Yapon dənizi istiqamətində iki raket atıb.

“Report” “Reuters”a istinadən xəbər verir ki, Cənubi Koreya Birləşmiş Qərargahının açıqlamasında iki “təyin olunmamış mərmi”nin Şimali Koreyanın orta bölgəsindəki Cənubi Pyonqan əyalətindən “Koreya yarımadası ilə Yaponiya arasındakı dənizə doğru” bu gün gündüz saatlarında buraxıldığı bildirilir.

Yaponiya Sahil Mühafizəsindən də xəbəri təsdiqləyərək raketlərin Yaponiyanın sahildən 370 kilometrədək sahəni əhatə edən Eksklüziv İqtisadi Bölgəsindən kənarda düşdüyünü deyiblər.

Ötən gün “Yonhap” adı çəkilməyən hərbi mənbəyə istinadən xəbər vermişdi ki, Şimali Koreya ərazisində raket buraxılışında istifadə edilən texnikaların hərəkəti qeydə alınıb.

Xatırladaq ki, bu ilin sonunadək Şimali Koreya ilə ABŞ arasında yarımadanın nüvəsizləşdirlməsinə dair danışıqlar aparılacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi