Yuxarı

Cənubi Amerikada 150 mindən çox insan daşqın səbəbindən təxliyə edilib

Təbii fəlakətdən ən çox Paraqvay zərər görüb

Bakı. 26 dekabr. REPORT.AZ/ Cənubi Amerikanın cənub hissəsində artıq 3 gündür davam edən daşqınlar nəticəsində 150 mindən çox adam evlərini tərk etməli olub. "Report" BBC-yə istinadən xəbər verir ki, bu, artıq on illərdir regionda müşahidə olunmayan haldır.

Təbii fəlakətdən ən çox Paraqvay zərər görüb. Paraqvay prezidenti Orasio Kortes ölkədə fövqəladə vəziyyət elan edib. Paraqvay çayında suyun səviyyəsi artıq kritik həddə çatıb. Yeni su axını paytaxt Asunsyonu və ətraf rayonların tamamilə su altında qalması təhlükəsi yaradıb. Paraqvay hökuməti çayın sahilində yaşayan bütün əhalini, başqa sözlə, daha onminlərlə sakini təxliyə etməyə hazırlaşır.

Qeyd edək ki, güclü tropik yağışlar səbəbindən Uruqvay, Argentina və Braziliyada çayların səviyyəsi qalxıb. Argentinanın şimalında təxminən 20 min adam evakuasiya edilib. Braziliyanın cənubundakı Rio Qrande du Sul ştatında 1 800 ailə məcburi şəkildə evlərini tərk etməli olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi