Cənubi Afrikadan Niderlanda gələn 15 nəfərdə koronavirus aşkarlanıb

Cənubi Afrikadan Niderlanda gələn 15 nəfərdə koronavirus aşkarlanıb Cənubi Afrikadan Niderlanda təyyarə ilə gələn azı 15 nəfərin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.
Digər ölkələr
27 Noyabr , 2021 04:47
Cənubi Afrikadan Niderlanda gələn 15 nəfərdə koronavirus aşkarlanıb

Cənubi Afrikadan Niderlanda təyyarə ilə gələn azı 15 nəfərin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Təyyarənin göyərtəsində 600-dən çox sərnişin olub və onların hamısı COVID-19 üçün analiz veriblər. Kennemerland vilayətinin səhiyyə xidməti bildirib ki, indiyədək 110 analiz götürülüb, onlardan 15-i müsbət çıxıb. Sərnişinlərin koronavirusun hansı ştammına yoluxduqları açıqlanmır.

Mütəxəssislər hesab edir ki, hava gəmisində olan sərnişinlərin sayı nəzərə alınsa azı 85 nəfərin koronavirus testinin cavabı müsbət olacaq.

Qeyd edək ki, artıq Niderland omikron ştammına görə Afrikanın cənubunda olan ölkələrdən uçuşları dayandırıb.

Son xəbərlər

Orphus sistemi