Cənubi Afrikada kərkədan ovuna çıxan brokonyerləri şirlər parçalayıb

Cənubi Afrikada kərkədan ovuna çıxan brokonyerləri şirlər parçalayıb Qanunsuz ovçular yollarını azıblar və şirlərin olduğu yerə gedib çıxıblar
Digər ölkələr
6 İyul , 2018 05:58
Cənubi Afrikada kərkədan ovuna çıxan brokonyerləri şirlər parçalayıb

Bakı. 6 iyul. REPORT.AZ/ Cənubi Afrika Respublikasının "Sibuya" qoruğunda şirlər kərkədan ovuna çıxan ən azı iki brokonyeri parçalayıblar.

"Report" BBC-yə istinadən xəbər verir ki, qoruq işçiləri Kenton-on-Si şəhəri yaxınlığında, şirlərin toplandığı yerdə 2 və ya 3 brokonyerin qalıqlarını tapıblar.

Onların yanında silah və balta da olub. Ovçular, çox ehtimal ki, kərkədanları öldürərək buynuzlarını kəsməyi planlaşdırıblar.

"Onlar azıblar və şirlərin toplaşdığı yerə gedib çıxıblar – orada böyük şir dəstəsi var. Odur ki, onların vaxtı az olub", - deyə qoruq sahibi Nik Foks bildirib.

Onun sözlərinə görə, qoruq əməkdaşları insan qalıqlarının olduğu yerə gedib çıxmaq üçün bir neçə şiri yatızdırmalı olublar.

"Biz brokonyerlərin neçə nəfər olduğunu dəqiq bilmirik, onlardan çox az şey qalıb ", - deyə Foks bildirib.

Hazırda polis brokonyerlərdən kiminsə sağ qalması ehtimalı ilə hadisənin baş verdiyi ərazidə keşik çəkir.

Son xəbərlər

Orphus sistemi