Bakı. 9 dekabr. REPORT.AZ/ Cenevrədə Suriya problemi üzrə üçtərəfli görüş keçiriləcək.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov bildirib.
Məlumata görə, görüşün dekabrın 11-də keçirilməsi nəzərdə tutulub. Tədbirdə ABŞ, BMT və Rusiya təmsilçiləri iştirak edəcək.