Yuxarı

​Cenevrədə BMT-nin himayəsi altında Suriya üzrə məsləhətləşmələr başlayır

Əsas diqqət suriyalıların problemlərinə yönəldiləcək

Bakı. 5 may. REPORT.AZ/ Bu gün Cenevrənin Millətlər Sarayında BMT-nin himayəsi ilə Suriyadakı vəziyyətin nizamlanması yollarının axtarışına həsr olunan məsləhətləşmələr başlayır.

"Report" TASS-a istinadən xəbər verir ki, məsləhətləşmələrdə iştirak ilə bağlı Suriya hökuməti və müxalifətinin nümayəndələri, həmçinin İran, Səudiyyə Ərəbistanı və BMT Təhlükəsizlik Şurasına daimi üzv olan "beşlik" də daxil olmaqla "bütün regional və beynəlxalq oyunçular"a dəvət göndərilib.

BMT baş katibinin xüsusi elçisi Staffan de Mistura və onun müavini Rəmzi İzzeldin Rəmzi 4-6 həftə ərzində hər bir nümayəndə heyəti ilə qapalı, ayrı və qeyri-rəsmi görüşlər keçirəcək. Bununla yanaşı, əsas diqqət suriyalıların problemlərinə yönəldiləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi