Ceki Çan koronavirusun dərmanının ixtiraçısına mükafat verəcək

Ceki Çan koronavirusun dərmanının ixtiraçısına mükafat verəcək Məşhur Honkonq aktyoru, prodüsseri, rejissoru Ceki Çan özünün “Weibo” sosial şəbəkəsindəki hesabında koronavirus əleyhinə dərmanı ixtira edəcək şəxsə milyon yuan ödəməyə söz verib.
Digər ölkələr
9 Fevral , 2020 08:34
Ceki Çan koronavirusun dərmanının ixtiraçısına mükafat verəcək

Məşhur Honkonq aktyoru, prodüsseri, rejissoru Ceki Çan özünün “Weibo” sosial şəbəkəsindəki hesabında koronavirus əleyhinə dərmanı ixtira edəcək şəxsə milyon yuan ödəməyə söz verib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Aktyor ümid edir ki, onun vədi preparatın yaradılmasını sürətləndirəcək.

Ceki Çan Çinə öz hesabına qoruyucu geyimlər və tibbi maskalar payladığını bildirib. Aktyorun sözlərinə görə, 1 milyon yuan onun üçün çox da böyük məbləğ deyil.

"Mən boş küçələri görmək istəmirəm, hansılar ki, çiçəklənməlidir. Mən həyatdan zövq almalı insanları kədərli görmək istəmirəm", - deyə aktyor yazıb.

Son xəbərlər

Orphus sistemi