Cek Sallivan: "ABŞ Rusiya və Çinlə konstruktiv məsləhətləşmələr aparacağına inanır"

Cek Sallivan: "ABŞ Rusiya və Çinlə konstruktiv məsləhətləşmələr aparacağına inanır" “Vaşinqton Əfqanıstanla bağlı məsələlərdə Moskva və Pekinlə konstruktiv məsləhətləşmələr apara biləcəyinə inanır”.
Digər ölkələr
26 Oktyabr , 2021 19:36
Cek Sallivan: ABŞ Rusiya və Çinlə konstruktiv məsləhətləşmələr aparacağına inanır
Cek Sallivan

“Vaşinqton Əfqanıstanla bağlı məsələlərdə Moskva və Pekinlə konstruktiv məsləhətləşmələr apara biləcəyinə inanır”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan Ağ Evdə keçirilən brifinqdə deyib.

“Düşünürəm ki, biz hər iki ölkə ilə konstruktiv dialoq apara bilərik. Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin Romada keçiriləcək G20 sammitində şəxsən iştirak etmək niyyətində deyillər. Lakin bizim bu istiqamətdə Rusiya və Çinlə qarşılıqlı əlaqədə ola biləcəyimiz başqa formatlar, o cümlədən müxtəlif regional görüşlər var”, - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi