Çeçenistanda polisə hücum edərkən özünü partladan yeniyetmə xəstəxanada ölüb

Çeçenistanda polisə hücum edərkən özünü partladan yeniyetmə xəstəxanada ölüb Bakı. 21 avqust. REPORT.AZ/ Rusiya Federasiyasının Çeçenistan Respublikasının Mesker-Yurt kəndində polislərə hücum zamanı özünü partladan yeniyetmə xəstəxanada ölüb.
Digər ölkələr
21 Avqust , 2018 17:50
Çeçenistanda polisə hücum edərkən özünü partladan yeniyetmə xəstəxanada ölüb
0 : 00
0 : 00

Bakı. 21 avqust. REPORT.AZ/ Rusiya Federasiyasının Çeçenistan Respublikasının Mesker-Yurt kəndində polislərə hücum zamanı özünü partladan yeniyetmə xəstəxanada ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

O, polislərə edilən hücumlar zamanı qruplaşmanın sağ qalmış yeganə üzvü olub, amma aldığı yaralar nəticəsində keçinib.

Çeçenistan lideri Ramzan Kadırovun bildirdiyinə görə, dünən bir qrup yeniyetmə Qurban bayramı ərəfəsində insanların əhvalını pozmaq üçün respublikada səs-küylü cinayətlər törətməyə cəhd göstərib.

Hücum nəticəsində bir neçə polis yaralanıb. İlkin məlumatlara görə, hücum edənlər Şalinsk rayonundan olub.

Son xəbərlər

Orphus sistemi