​Hüquq müdafiəçiləri: "Çeçenistanda terrorçuların qohumlarına məxsus altı ev sökülüb"

​Hüquq müdafiəçiləri: "Çeçenistanda terrorçuların qohumlarına məxsus altı ev sökülüb" "Ən azı iki ev, Rusiya prezidenti Vladimir Putinin ötən həftə keçirdiyi böyük mətbuat konfransından sonra sökülüb"
Digər ölkələr
23 Dekabr , 2014 22:36
​Hüquq müdafiəçiləri: Çeçenistanda terrorçuların qohumlarına məxsus altı ev sökülüb
Bakı. 23 dekabr. REPORT.AZ/ Çeçenistanda terrorçuların qohumlarına məxsus olduğu bildirilən altı yaşayış evi sökülüb.

"Report" "Qovorit Moskva"ya istinadən xəbər verir ki, bu barədə Moskvanın "Memorial" hüquq-müdafiə təşkilatının üzvü Aleksandr Çerkasov məlumat verib.

Onun sözlərinə görə, ən azı iki ev, Rusiya prezidenti Vladimir Putinin ötən həftə keçirdiyi böyük mətbuat konfransından sonra sökülüb.

"Yəni, kollektiv məsuliyyət və kollektiv cəzalandırma praktikası davam edir və prezidentin dediyi nəsihətamiz sözlər burada heç nəyi dəyişmədi", - deyə Çerkasov bildirib.

Son xəbərlər

Orphus sistemi