Cəbəllütariq hökuməti İran tankerini azad edib

Cəbəllütariq hökuməti İran tankerini azad edib Cəbəllütariq hökuməti iyul ayının əvvəlində həbs etdikləri İranın “Grace 1” tankerini azad edib.
Digər ölkələr
15 Avqust , 2019 19:41
Cəbəllütariq hökuməti İran tankerini azad edib

Cəbəllütariq hökuməti iyul ayının əvvəlində həbs etdikləri İranın “Grace 1” tankerini azad edib.

“Report” “Gibraltar Chronicle”yə istinadən xəbər verir ki, bu barədə qərar ABŞ tərəfindən gəmini saxlamaq xahişi gəldiyindən bir neçə saat sonra verilib.

Xatırladaq ki, iyulun 4-də gəmi Avropa İttifaqının Suriyaya qarşı sanksiyalarını pozmaq şübhəsilə həbs olunmuş, başlanan istintaq çərçivəsində gəminin kapitanı, onun baş köməkçisi və iki nəfər heyət üzvü saxlanılmışdı. Onların həbs müddəti məhkəmə tərəfindən avqustun 15-dək uzadıldı.

Son xəbərlər

Orphus sistemi