Yuxarı

​Ceb Buş prezidentlik uğrunda mübarizəni dayandırıb

Namizəd bunu tərəfdarları ilə görüş zamanı elan edib

Bakı. 21 fevral. REPORT.AZ/ Florida ştatının sabiq qubernatoru Ceb Buş ABŞ prezidenti postu uğrunda mübarizəni dayandırdığını bəyan edib.

"Report" "Associated press"ə istinadən xəbər verir ki, bunu o Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

"Bu gün mən öz kampaniyamı dayandırıram", — deyə o elan edib.

Qeyd olunur ki, Buş respublikaçılar arasında ilkin seçkilərdə 10 faiz səs toplaya bilməyib.

Bundan əvvəl isə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd, milyarder Donald Trampın respublikaçılar arasında keçirilən ilkin seçkilərdə qələbə qazandığı bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi