Mövlud Çavuşoğlu Mayk Pompeo ilə Türkiyə-ABŞ əlaqələrini müzakirə edib

Mövlud Çavuşoğlu Mayk Pompeo ilə Türkiyə-ABŞ əlaqələrini müzakirə edib Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-da bu ölkənin dövlət katibi Mayk Pompeo ilə görüşüb.
Digər ölkələr
3 Aprel , 2019 23:58
Mövlud Çavuşoğlu Mayk Pompeo ilə Türkiyə-ABŞ əlaqələrini müzakirə edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-da bu ölkənin dövlət katibi Mayk Pompeo ilə görüşüb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vaşinqtonda baş tutan görüşdə iki ölkə arasındakı münasibətlər, son hadisələr, habelə ikitərəfli əlaqələrin zəruriliyi müzakirə edilib.

Qeyd edək ki, Çavuşoğlu ABŞ-a NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün səfər edib. Nazirlərin görüşü sabah Şimali Atlantika Alyansının 70 illiyi ilə bağlı baş tutacaq. 

Daha əvvəl ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyəyə xitabən bildirib ki, Birləşmiş Ştatlar NATO üzrə müttəfiqlərinin ittifaqın birliyini təhdid edən rəqiblərin silahını əldə etməsinə hərəkətsiz qalmaq dayanmaq niyyətində deyil.

Son xəbərlər

Orphus sistemi