Yuxarı

Çavuşoğlu: "Rusiya prezidenti uyğun görərsə, onunla görüşməyə hazırıq"

Türkiyənin XİN rəhbəri Suriya üzrə görüşdən əvvəl rusiyalı həmkarı ilə görüşəcəyini bildirib

Bakı. 20 dekabr. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya prezidenti Vladimir Putin uyğun görərsə, onunla görüşməyə hazır olduğunu deyib.

"Report" xəbər verir ki, bunu o, çərşənbə axşamı səfərdə olduğu Moskva şəhərində bildirib.

"Əgər Rusiya prezidenti Vladimir Putin münasib bilərsə, biz bu görüşə hazırıq", - deyə XİN rəhbəri bildirib.

O, həmçinin dekabrın 20-də Rusiya, Türkiyə və İranın xarici siyasət idarələri rəhbərləri arasında keçiriləcək Suriya üzrə görüşdən əvvəl rusiyalı həmkarı Sergey Lavrovla görüşəcəyini bəyan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi