Çavuşoğlu: “Niderlandın davranışları cavabsız qalmayacaq”

Çavuşoğlu: “Niderlandın davranışları cavabsız qalmayacaq” “Niderlandın bu faşist addımı mənə qarşı deyil, bütün Türkiyəyə qarşı edilib"
Digər ölkələr
11 Mart , 2017 23:46
Çavuşoğlu: “Niderlandın davranışları cavabsız qalmayacaq”

Bakı. 11 mart. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki Niderlandın onun Rotterdamda çıxışına icazə verməməsi cavabsız qalmayacaq.

“Report” xəbər verir ki, o, müvafiq bəyanatı İstanbulda edib.

"Bu cavabsız qalmayacaq. Biz buna necə lazımdır cavab verəcəyik. Niderlandın bu faşist addımı mənə – nazir Çavuşoğluya qarşı deyil, bütün Türkiyəyə qarşı edilib", - deyə o jurnalistlərə bildirib.

Son xəbərlər

Orphus sistemi