Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında telefon danışığı olub.
“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət rəsmiləri İran və İraqda yaranmış vəziyyəti müzakirə ediblər.
Məlumata görə, dövlət rəsmiləri İran və İraqda yaranmış vəziyyəti müzakirə ediblər. Tərəflər həmçinin ikitərəfli əlqələrdən danışıblar.
“Nazirimiz ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə telefonla danışıb. Tərəflər ikitərəfli əlaqələri və İranda, İraqda yaranmış vəziyyəti müzakirə ediblər”, - deyə bildirilib.