Çavuşoğlu: "Haqlı olduğumuz halda üzr istəməli deyilik"

Çavuşoğlu: "Haqlı olduğumuz halda üzr istəməli deyilik" Türkiyənin Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu ilk xarici səfərini Şimali Kiprə etdi
Digər ölkələr
27 Noyabr , 2015 03:30
Çavuşoğlu: Haqlı olduğumuz halda üzr istəməli deyilik

Bakı. 27 noyabr. REPORT.AZ/ "Türkiyə haqlı olduğu halda Rusiyadan üzr istəməli deyil". "Report"un "Anadolu" ajansına istinadən verdiyi xəbərə görə, bunu Şimali Kiprdə səfərdə olan Türkiyənin Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, hava məkanı pozulan dövlət məhz Türkiyə olub. "Hava məkanımızın dəfələrlə pozulmasına qarşı tolerant davrana bilmərik. Buna baxmayaraq hadisədən kədərləndiyimizi ötən gün telefon danışığı zamanı bildirdik, bu gün də bir neçə dəfə "hər birimizi kədərləndirən" ifadəsi işlətdik".

Nazirin sözlərinə görə, bundan sonraki mərhələdə Türkiyə Rusiya ilə dialoq qapılarını açıq tutacaq.

Son xəbərlər

Orphus sistemi