Yuxarı
    Bağlamaq

    CAR prezidenti həbsdən qorxmadığını bəyan edib

    Mən türmədə çox vaxt keçirmişəm. Mən həbsxanadan qorxmuram

    Bakı. 5 noyabr. REPORT.AZ/ CAR prezidenti Ceykob Zuma dövlət əmlakının israf olunması ilə bağlı yaranan qalmaqal fonunda həbs olunmaqdan qorxmadığını bildirib.

    "Report" xəbər verir ki, bu barədə "Frans Press" məlumat yayıb.

    "Mən türmədə çox vaxt keçirmişəm. Mən həbsxanadan qorxmuram, mən orada olmuşam", — deyə Nelson Mandella ilə birgə Robbeneyland adasında 10 il həbsdə olan Zuma diqqətə çatdırıb.

    Son vaxtlar hakim partiya dövlət əmlakının israf edilməsi ilə bağlı yaranan qalmaqal səbəbindən müxalifət tərəfindən təzyiqə məruz qalıb.

    Zumanın prezidentlik müddəti 2019-cu ildə başa çatır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi