CAR-ın keçmiş prezidenti 15 ay müddətinə həbs edilib

CAR-ın keçmiş prezidenti 15 ay müddətinə həbs edilib Cənubi Afrika Respublikasının (CAR) Ali Məhkəməsi keçmiş prezident Ceykoba Zumanı 15 ay müddətinə azadlıqdan məhrum edib.
Digər ölkələr
29 İyun , 2021 17:32
CAR-ın keçmiş prezidenti 15 ay müddətinə həbs edilib
Ceykoba Zuma

Cənubi Afrika Respublikasının (CAR) Ali Məhkəməsi keçmiş prezident Ceykoba Zumanı 15 ay müddətinə azadlıqdan məhrum edib.

“Report” xəbər verir ki, məlumatı BBC yayıb.

O, məhkəməyə hörmətsizlik etdiyi üçün həbs edilib. C.Zuma ittihamları rədd edib.

Korrupsiyaya qarşı mübarizə komissiyasını boykot etməsi və məhkəmə zalına gəlməkdən imtina etməsi səbəbindən ona qarşı ittiham irəli sürülüb.

Məlumata görə, keçmiş prezident barəsində 16 maddə üzrə cinayət işi açılıb. O, rüşvətxorluqda və bağlanan dövlət müqavilələrindən faiz almaqda, çirkli pulların yuyulmasında ittiham edilir.

Qeyd edək ki, C.Zuma 2009-cu il mayın 9-dan 2014-cü il fevralın 14-dək Cənubi Afrika Respublikasının prezidenti olub. 2014-cü ildə prezidentliyin ikinci dövründəki andiçmə mərasiminə Çin, Hindistan, Rusiya nümayəndə göndərsə də, ABŞ və Britaniya tədbirə təmsilçi göndərməkdən imtina etmişdi.

Son xəbərlər

Orphus sistemi