Cənubi Afrikada şaxtada partlayış baş verib, 20-dən çox insan dağıntılar altında qalıb

Cənubi Afrikada şaxtada partlayış baş verib, 20-dən çox insan dağıntılar altında qalıb Bakı. 7 fevral. REPORT.AZ/ Cənubi Afrikada şaxtada metan qazının partlaması nəticəsində 20-dən çox insan dağıntılar altında qalıb.
Digər ölkələr
7 Fevral , 2019 12:16
Cənubi Afrikada şaxtada partlayış baş verib, 20-dən çox insan dağıntılar altında qalıb

Bakı. 7 fevral. REPORT.AZ/ Cənubi Afrikada şaxtada metan qazının partlaması nəticəsində 20-dən çox insan dağıntılar altında qalıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "Middleburg Observer" nəşri məlumat verib.

Qəzet yazıb ki, fevralın 4-də Lesotodan olan 42 nəfərlik qrup avadanlığı oğurlamaq məqsədi ilə şaxtaya daxil olan zaman içərisində metan qazı olan sistern partlayıb.

Sağ qalanların sözlərinə görə, əvvəlcə 20 nəfər şaxtadan çıxıb və daha 2 nəfəri özləri ilə çıxarıb, amma sonradan 4-6 nəfər digərlərinə yardım etmək üçün yenidən şaxtaya daxil olub və geri qayıtmayıb.

Son xəbərlər

Orphus sistemi