CAR-da polislə tələbələr arasında qarşıdurma olub

CAR-da polislə tələbələr arasında qarşıdurma olub İnformasiyaya görə, etiraz aksiyaları bir həftədən artıqdır davam edir
Digər ölkələr
11 Oktyabr , 2016 01:56
CAR-da polislə tələbələr arasında qarşıdurma olub

Bakı. 11 oktyabr. REPORT.AZ/Cənubi Afrika Respublikasının (CAR) paytaxtı İohhanesburqda universitet tələbələri ilə polis arasında qarşıdurma olub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, tələbələr pulsuz təhsil, yaxud təhsil haqlarının azaldılmasını tələb edirlər.

İnformasiyaya görə, etiraz aksiyaları bir həftədən artıqdır davam edir.

Xəbərə əsasən, ölkə prezidenti Ceykoba Zuma aztəminatlı tələbələrə yardımı davam etdirəcəklərini, ancaq pulsuz ali təhsil olmayacağını deyəndən sonra etiraz aksiyaları başlayıb. 

Son xəbərlər

Orphus sistemi