CAR-da mikroavtobusun aşması nəticəsində 20-dən çox insan ölüb - VİDEO

CAR-da mikroavtobusun aşması nəticəsində 20-dən çox insan ölüb - VİDEO Bakı. 20 oktyabr. REPORT.AZ/ Cümə günü CAR-ın şimalında yerləşən Limpopo əyalətində bir neçə maşının iştirakı ilə baş verən yol qəzasında 20-dən çox insan həyatını itirib.
Digər ölkələr
20 Oktyabr , 2018 01:28
CAR-da mikroavtobusun aşması nəticəsində 20-dən çox insan ölüb - VİDEO

Bakı. 20 oktyabr. REPORT.AZ/ Cümə günü CAR-ın şimalında yerləşən Limpopo əyalətində bir neçə maşının iştirakı ilə baş verən yol qəzasında 20-dən çox insan həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə SABC dövlət televiziya şirkəti məlumat yayıb.

Faciə Modimolle və Mokxoponq yaşayış məntəqələrini birləşdirən N1 yolunda qeydə alınıb.

Bildirilir ki, içərisində 22 nəfərin olduğu sərnişin mikroavtobusu hərəkətdə olan zaman aşaraq bir neçə maşına dəyib. Hazırda ölən və yaralananların dəqiq sayı hələ məlum deyil.

Bundan əvvəl Hindistanda qatar dəmir yolunun üzərinə çıxan insanları vuraraq 50 nəfərdən çox insanın ölümünə səbəb olub.

Son xəbərlər

Orphus sistemi