​CAR-da iki qatar toqquşub: ölən və yaralananlar var

​CAR-da iki qatar toqquşub: ölən və yaralananlar var Hadisə İohanneburqun yaxınlığındakı Denver stansiyasında baş verib
Digər ölkələr
28 Aprel , 2015 20:49
​CAR-da iki qatar toqquşub: ölən və yaralananlar var

Bakı. 28 aprel. REPORT.AZ/ Cənubi Afrika Respubilkasının (CAR) paytaxtı İohanneburqda iki qatarın toqquşması nəticəsində 1 nəfər ölüb, 240 sərnişin xəsarət alıb. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu haqda təhlükəsizlik xidmətinin əməkdaşlarından biri bildirib.

Xəbərə görə, hadisə paytaxtın yaxınlığındakı Denver stansiyasında baş verib. Pretoriyadan gələn qatar başqa bir qatarın sonundakı vaqonlara çırpılıb.

Məlumatda bildirilib ki, ölən mühafizə xidmətinin əməkdaşıdır. Yaralılar xəstəxanaya yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi